63b647bc-750e-4665-87ab-d824b7ee063a..jpg

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kredit sazişi imzalayıb – FOTO

Baxış sayı: 634 dəfə baxılıb.

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kredit sazişi imzalayıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Avropa Yenidənqurma və
İnkişaf Bankı (EBRD) arasında kredit sazişi imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki
hesabında yazıb.

“Sənədin icrası regional kommunikasiyaların və ticarət əlaqələrinin
gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut
istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr
verəcək”, – nazir qeyd edib.

EBRD-dən verilən məlumata görə, ASCO-ya 42 milyon ABŞ dolları (38,71 milyon
avro) məbləğində kredit ayrılıb. Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları
təşkil edir.

Bildirilir ki, EBRD bu vəsaitin ayrılması ilə Asiya və Avropa arasında
nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verir.

“ASCO ayrılan krediti beynəlxalq sularda quru yüklərin daşınması və ticarət
donanmasının fəaliyyətini genişləndirmək üçün iki ədəd “Handysize” tipli quru
yük gəmisinin alışına sərf edəcək. Məqsəd regional dəniz əlaqələrinin və
ticarətinin gücləndirilməsinə dəstək verməkdir. Yeni gəmilər Mərkəzi Asiya və
Cənubi Qafqazı qlobal bazarlarla birləşdirən genişləndirilmiş Orta Dəhliz
boyunca Azərbaycanın həlledici halqa kimi ölkə mövqeyini möhkəmləndirməyə
dəstək olacaq”, – məlumatda deyilir.

EBRD, həmçinin gəmiçilik sektorunda dekarbonizasiya problemlərini daha yaxşı
həll etmək və ASCO-nun dayanıqlılıqla əlaqəli ilk maliyyələşmə alətlərinə yol
açmaq üçün şirkətin iqlim yönümlü korporativ idarəçiliyini və iqlimlə əlaqəli
açıqlama siyasətlərini təkmilləşdirməkdə ona dəstək verəcək.

Bank hesab edir ki, ASCO regionun ən böyük gəmiçilik şirkətlərindən biri
olaraq bu mühüm ticarət marşrutu boyunca dəniz əlaqələrinin gücləndirilməsində
mühüm rol oynayır.

Qeyd edək ki, EBRD Qafqaz və Mərkəzi Asiyada mühüm institusional investordur.
Bank Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189
layihəyə 3,6 milyard avrodan çox sərmayə yatırıb.

As part of our country’s successful collaboration with the European Bank for
Reconstruction and Development (@EBRD
), a Loan Agreement has been
signed between EBRD and “Azerbaijan Caspian Shipping” CJSC (@ASCO_CJSC
). The implementation of
this agreement will contribute to…pic.twitter.com/Tl32IvAoCY

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 1, 2024

Source link