3bc9b873-55cf-4099-86e4-d3073bbf9c0b..jpg

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kredit sazişi imzalayıb – FOTO + YENİLƏNİB

Baxış sayı: 609 dəfə baxılıb.

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kredit sazişi imzalayıb –
FOTO + YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Azərbaycan İnvestisiya
Holdinqi (AİH) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında dövlət
zəmanəti olmadan 2 ədəd “Handysize” tipli quru yük gəmisinin maliyyələşməsi
üzrə kredit müqaviləsi imzalanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bununla əlaqədar keçirilmiş tədbirdə Avropa Yenudənqurma və İnkişaf Bankında
Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov, AİH-in baş icraçı
direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev, AYİB-in
Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos və AYİB-in
Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Natali Mouravidze iştirak ediblər.

Kredit müqaviləsini AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun
İdarə heyətinin sədri Rauf Vəliyev və AYİB-in Qafqaz üzrə regional direktoru
Alkis Vrienios Drakinos imzalayıblar. Layihənin ümumi dəyəri 60 milyon ABŞ
dolları təşkil edir. Kredit müqaviləsi 2 tranşdan ibarət olmaqla, gəmilərin
alınmasının 70%-nin AYİB tərəfindən ayrılan kredit vəsaiti, 30%-nin isə
ASCO-nun daxili imkanları hesabına maliyyələşməsini nəzərdə tutur.

Tədbirdə ölkəmizdə həyata keçirilən layihələrə, eləcə də qeyri-neft sektorunun
mühüm tərkib hissəsi olan nəqliyyat və tranzit yükdaşımaları sahəsində icra
olunan irimiqyaslı layihələrə beynəlxalq maliyyə institutları, o cümlədən AYİB
tərəfindən göstərilən marağın və müxtəlif maliyyələşmə alətləri ilə verilən
dəstəyin əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, AYİB tərəfindən dövlət zəmanəti olmadan birbaşa ASCO-ya
kreditin ayrılması, Azərbaycanda səhmləri dövlətə məxsus olan müəssisələrdə
aparılan uğurlu islahatların, beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ
idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunun, əməliyyatlarda
şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsinin göstəricisidir.

Vurğulanıb ki, AYİB ilə yeni əməkdaşlıq gəmiçiliyin inkişafında yeni
mərhələdir və bugün imzalanan kredit müqaviləsi QSC-nin fəaliyyət
coğrafiyasının genişləndirilməsinə və ölkəmizin Xəzərdən kənarda yükdaşıma
potensialının daha da artırılmasına xidmət edir.

Bundan başqa, ASCO ilə əməkdaşlıq çərçivəsində imzalanan kredit müqaviləsi
qlobal iqlim dəyişiklikləri üzrə çağırışların icrasına da müsbət töhfə verəcək.
Belə ki, kredit müqaviləsi Beynəlxalq Dənizçilik Təşkilatının son ekoloji
tələblərinə cavab verən müasir quru yük gəmilərinin alınmasını nəzərdə tutur.

19:03

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Avropa Yenidənqurma və
İnkişaf Bankı (EBRD) arasında kredit sazişi imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki
hesabında yazıb.

“Sənədin icrası regional kommunikasiyaların və ticarət əlaqələrinin
gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut
istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr
verəcək”, – nazir qeyd edib.

EBRD-dən verilən məlumata görə, ASCO-ya 42 milyon ABŞ dolları (38,71 milyon
avro) məbləğində kredit ayrılıb. Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları
təşkil edir.

Bildirilir ki, EBRD bu vəsaitin ayrılması ilə Asiya və Avropa arasında
nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verir.

“ASCO ayrılan krediti beynəlxalq sularda quru yüklərin daşınması və ticarət
donanmasının fəaliyyətini genişləndirmək üçün iki ədəd “Handysize” tipli quru
yük gəmisinin alışına sərf edəcək. Məqsəd regional dəniz əlaqələrinin və
ticarətinin gücləndirilməsinə dəstək verməkdir. Yeni gəmilər Mərkəzi Asiya və
Cənubi Qafqazı qlobal bazarlarla birləşdirən genişləndirilmiş Orta Dəhliz
boyunca Azərbaycanın həlledici halqa kimi ölkə mövqeyini möhkəmləndirməyə
dəstək olacaq”, – məlumatda deyilir.

EBRD, həmçinin gəmiçilik sektorunda dekarbonizasiya problemlərini daha yaxşı
həll etmək və ASCO-nun dayanıqlılıqla əlaqəli ilk maliyyələşmə alətlərinə yol
açmaq üçün şirkətin iqlim yönümlü korporativ idarəçiliyini və iqlimlə əlaqəli
açıqlama siyasətlərini təkmilləşdirməkdə ona dəstək verəcək.

Bank hesab edir ki, ASCO regionun ən böyük gəmiçilik şirkətlərindən biri
olaraq bu mühüm ticarət marşrutu boyunca dəniz əlaqələrinin gücləndirilməsində
mühüm rol oynayır.

Qeyd edək ki, EBRD Qafqaz və Mərkəzi Asiyada mühüm institusional investordur.
Bank Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189
layihəyə 3,6 milyard avrodan çox sərmayə yatırıb.

As part of our country’s successful collaboration with the European Bank for
Reconstruction and Development (@EBRD
), a Loan Agreement has been
signed between EBRD and “Azerbaijan Caspian Shipping” CJSC (@ASCO_CJSC
). The implementation of
this agreement will contribute to…pic.twitter.com/Tl32IvAoCY

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 1, 2024

Source link