Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Omak Kaner Ergünün ölkəsinə ekstradisiya olunması ilə bağlı verilən vəsatətə baxılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxs Türkiyəyə ekstradisya edilib.
Qeyd edək ki, O.K.Ergün hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir. Həmin şəxs Türkiyə tərəfindən beynəlxalq axtarışa verilib və Azərbaycanda həbs olunub.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com