c340e14a-2140-436b-913f-f969db4094ff..jpg

Azərbaycan bəzi əyalətlərdən quş ətinin idxalına məhdudiyyət qoyub

Baxış sayı: 742 dəfə baxılıb.

Azərbaycan bəzi əyalətlərdən quş ətinin idxalına məhdudiyyət qoyub

Azərbaycan bəzi şəhərlərdən quş ətinin idxalına məhdudiyyət qoyub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat
Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına
əsasən, İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili
Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarında, Argentina
Respublikasının Kordova, Santa-Fe əyalətlərində və Bolqarıstan Respublikasının
Veliko-Tarnovo vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədi
ilə İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili
Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarından, Argentina
Respublikasının Kordova, Santa-Fe əyalətlərindən və Bolqarıstan Respublikasının
Veliko-Tarnovo vilayətindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq
Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və
inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş
ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş
qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar
istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli,
kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna
olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş
avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədi ilə qeyd olunan
ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq
tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə
müraciət olunub.

Source link