6493357b-1c9a-4745-807a-68c28afbc8e3..jpg

Azərbaycan bəzi ölkələrdən quş əti və yemlərinin gətirilməsinə qadağa qoyub

Baxış sayı: 936 dəfə baxılıb.

Azərbaycan bəzi ölkələrdən quş əti və yemlərinin gətirilməsinə qadağa qoyub

Azərbaycan bəzi ölkələrdən quş əti və yemlərinin gətirilməsinə qadağa qoyub.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
(AQTA) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa
ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan
xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından
(WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun
olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Niderland
Krallığının Cənubi Hollandiya əyalətində süngərvari ensefalopatiya, İordaniya
Haşimilər Krallığının Zarqa əyalətində, İraq Respublikasının Bəsrə, Nəcəf,
Dəhuk, Ərbil, Bağdad, Diyalə və Süleymaniyyə əyalətlərində dabaq, İsveç
Krallığının Blekinqe əyalətində Nyukasl, Rumıniyanın Braşov inzibati ərazi
vahidində, Almaniya Federativ Respublikasının Saksoniya-Anhalt vilayətində,
Boliviya Çoxmillətli Dövlətinin Koçabamba inzibati ərazi vahidində, Türkiyə
Respublikasının Afyonqarahisar vilayətində, Amerika Birləşmiş Ştatlarının
Virciniya və Texas ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə
alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə
Niderland KraIığının Cənubi Hollandiya əyalətindən bütün növ diri iribuynuzlu
kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik
materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan
yemlərin idxalına, İordaniya HaşimiIər KralIığının Zarqa əyalətindən, İraq
Respublikasının Bəsrə, Nacaf, Dəhuk, Ərbil, Bağdad, Diyalə və Süleymaniyyə
əyalətlərindən diri heyvanların, heyvan mənşəIi məhsulların və xammalın
idxalına, həmçinin tranzit daşınmasına, İsveç Krallığının Blekinqe əyalətindən
WOAH-nin “Quruda yaşayan heyvanların sağlamIıq Məcəlləsi”nə əsasən, zonalaşma
prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş əti və
hər növ quşçuluq məhsulları (Nyukasl viruslarının məhv edilməsini təmin edən
termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem
əlavələrinin (bitki mənşəIi, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış
yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və
emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit
daşınmasına, Rumıniyanın Braşov inzibati ərazi vahidindən, Almaniya Federativ
Respublikasının Saksoniya-Anhalt vilayətindən, Boliviya Çoxmillətli Dövlətinin
Koçabamba inzibati ərazi vahidindən, Türkiyə Respublikasının Afyonqarahisar
vilayətindən, Amerika BirIəşmiş Ştatlarının Virciniya və Texas ştatlarından
WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma
prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin,
tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq
məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv
edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş
yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji
sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların
saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və
ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu ərazilərdən
gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin
görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət
olunub.

Source link