912398a4-f575-4e05-8c21-371082a89739..jpg

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə beş medal qazanıblar – FOTO

Baxış sayı: 499 dəfə baxılıb.

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə beş medal qazanıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın yeniyetmə badmintonçuları Kiprin paytaxtı Nikosiyada keçirilən
“Cyprus International 2023” beynəlxalq turnirində bir qızıl, iki gümüş və iki
bürünc medal qazanıblar.

Bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Federasiyadan verilən məlumata görə, Əli Gözəlov 15 yaşadək oğlanların şəxsi
yarışında qızıl medal qazanıb.

İdmançı Polşa, Yunanıstan və Kipr təmsilçilərinə qalib gələrək müvafiq
kateqoriya üzrə ən güclü olub.

15 yaşadək badmintonçuların şəxsi yarışında finala kimi irəliləyən Leyla
Camalzadə isə gümüş medalla kifayətlənib.

Leyla Camalzadə – Aysu Kərimzadə tandemi bu yaş kateqoriyası üzrə qızların
qoşa yarışında finala kimi yüksələrək gümüş medala yiyələnib. Əli Gözəlov və
Aysu Kərimzadə 15 yaşadək badmintonçuların qarışıq-qoşa kateqoriyasında bürünc
medala sahib çıxıb.

Sərxan Bağırov – Əli Gözəlov cütlüyü isə 17 yaşadək idmançıların mübarizəsində
ilk üçlükdə yer alaraq bürünc medal əldə edib.

Yeniyetmə badmintonçularımız bu il İsrail, Xorvatiya və Serbiyada keçirilən
beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsüdə yer alaraq müxtəlif əyarlı
medallar qazanıblar.

Source link