43236ca7-c861-4b65-b1ba-05d9fa1c5195..jpg

Azərbaycan Basketbol Liqası: Turun son oyununda qalib müəyyənləşdi

Baxış sayı: 653 dəfə baxılıb.

Azərbaycan Basketbol Liqası: Turun son oyununda qalib müəyyənləşdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, son oyun “NTD-İndiqo” – “Xırdalan” komandaları arasında
keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində reallaşan görüş paytaxt
təmsilçisinin 84:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun daha əvvəl keçirilən oyunlarında “Neftçi” “Sabah”a 101:87, “Xəzri”
“Şəki”yə 94:85, “Sumqayıt” “Cəlilabad”a 109:99 və “Sərhədçi” “Gəncə”yə 79:72
hesabları ilə qalib gəlib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 26 xalla “Xəzri” başçılıq edir. “Sabah”
25 xalla 2-ci, “NTD-İndiqo” 24 xalla 3-cü, eyni xala malik “Neftçi” isə
dördüncü pillədə qərarlaşıb.

Source link