a1af93e1-22b3-4212-aa95-b97ad5b4cb8a..jpg

Azərbaycan basketbol millisinin yeni baş məşqçisi açıqlanıb

Baxış sayı: 615 dəfə baxılıb.

Azərbaycan basketbol millisinin yeni baş məşqçisi açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi
müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasının verdiyi məlumata görə, Tahir Baxşıyev bu
posta təyin olunub.

Hazırda “NTD-İndiqo” klubunu çalışdıran mütəxəssis eyni anda yığmaya da
rəhbərlik edəcək. “Neftçi”nin baş məşqçisi Anar Sarıyev isə yığmada birinci
köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.

Bundan başqa, millinin məşqçilər korpusunda ispaniyalı Alberto Blanko da yer
alacaq. Sonuncu dəfə İspaniyanın ikinci liqa klubu “Kaseres”də əsas menecer və
idman direktoru postunda çalışan A.Blanko ikinci köməkçi məşqçi olacaq.

53 yaşlı ispaniyalının əsas vəzifələrindən biri rəqib komandaların
oyunçularını dərindən təhlil etmək və yerli məşqçilərlə birlikdə onlara qarşı
əks-həmlələr hazırlamaq olacaq.

Qeyd edək ki, yeni məşqçilər korpusunun ilk sınağı 2027-ci il Qətərdə
keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinə təsadüf edəcək.
Komandamız 2024-cü il fevralın 22-də İsveçrə ilə qarşılaşacaq.

Source link