Azərbaycan bayrağı “Ölməz alay” aksiyasında dalğalanıb – FOTO

Azərbaycan bayrağı “Ölməz alay” aksiyasında dalğalanıb – FOTO

Baxış sayı: 2. 506 dəfə baxılıb.

Rusiyadakı Azərbaycan diasporu Moskvada keçirilən “Ölməz alay” ümumxalq aksiyasında iştirak edib.

ÇıxışYolu.Com Report-a istinadla xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR), Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Rusiyadakı Azərbaycan İcmasının nümayəndələri əllərində Azərbaycan bayraqları və İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş və həlak olan həmvətənlərimizin şəkilləri tutaraq Tverskaya küçəsi boyunca Kremlə yürüşdə iştirak ediblər.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin xəbərdarlığına baxmayaraq erməni diasporu ötən illərdə olduğu kimi, bu dəfə təxribata əl atmağa cəhd edib. Ermənilər qondarma Dağlıq Qarabağ rejiminin bayrağını qaldırmağa cəhd ediblər. Lakin hüquq-mühafizə orqanları dərhal müdaxilə edərək bayraqlar yığışdırılıb.

www.ÇıxışYolu.Com