Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Rusiyaya təhvil verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın axtarışa verdiyi şəxs Azərbaycan ərazisində həbs edilərək
ekstradisiya olunub.
Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, Rusiya öz vətəndaşı, Cinayət Məcəlləsinin mütəşəkkil dəstə
tərəfindən internet informasiya ehtiyatlarından və ya
informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda
narkotik vasitələri satmağa cəhd maddələri ilə nəzərdə tutulmuş cinayət
əməllərinin törədilməsində təqsirləndirilən 1995-ci il təvəllüdlü Aleksey
Oleqoviç Kuntseviçi dövlətlərarası axtarışa verib.
Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş
Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən
təmin edilib.
Belə ki, A.Kuntseviç ötən il noyabrın 15-də ölkəmizə gələn zaman Heydər Əliyev
adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və
barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin
ekstradisiyası haqqında qərar qəbul edilib.
A.Kuntseviç Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun
müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.