Azərbaycan Beynəlxalq Enerji Xartiyasına qoşulur

Azərbaycan Beynəlxalq Enerji Xartiyasına qoşulur

Baxış sayı: 2. 659 dəfə baxılıb.

Azərbaycan Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulmaq haqqında məktub təqdim edib.

ÇıxışYolu.Com  xəbər verir ki, bu gün məktub energetika naziri Pərviz Şahbazov tərəfindən Enerji Xartiyasının baş katibi Urban Rusnaka verilib.

Nazir bildirib ki, Azərbaycanla Avropa Enerji Xartiyası arasında Xartiyaya qoşulmaqla bağlı 1994-cü ildə saziş imzalanıb:

“Bu saziş 1998-ci ildə qüvvəyə minib. 2015-ci il mayın 21-də Haaqa şəhərində Avropa Enerji Xartiyası Beynəlxalq Enerji Xartiyası statusunu alıb. Beynəlxalq Enerji Xartiyası ilə bir sıra məsələlərdə yaxından əməkdaşlıq etmək istəyirik. Bu gün də Azərbaycanın Beynəlxalq Enerji Xartiyasına qoşulması haqqında məktubu təqdim etdik”.

Bununla Azərbaycan Beynəlxalq Enerji Xartiyasının 87-ci üzvü olur.

Leyla Əliyeva
www.ÇıxışYolu.Com