Azərbaycan BMT Baş Assambleyasının peyvənd bərabərliyi qətnaməsini dəstəkləyib
– FOTO
“Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il
qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri kimi
dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvənd
təmin etmək üçün qlobal səylərdə liderlik rolunu davam etdirəcək”.
Bu fikirlər Azərbaycanın Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin
“Twitter”dəki hesabında yer alıb.
“BMT Baş Assambleyasının 76-cı prezidentinin Yeni il qətnaməsinə qoşuluram.
Mən peyvənd bərabərliyini dəstəkləyirəm”, – Azərbaycanın BMT-dəki daimi
nümayəndəsi Yaşar Əliyevin adından qeyd edilən bəyanatda qeyd edilir.
Azerbaijan is proud to support @UN_PGA
#VaccineEquity
will continue its leadership role as Chair of Non-Aligned Movement in global
efforts to provide safe, effective and accessible vaccination for every single
person in every part of the world.pic.twitter.com/qRiHtkuxzi
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) January 3, 2022