d30dd285-5ebf-42e8-a326-9a2b2c8c9799..jpg

Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edib

Baxış sayı: 1. 012 dəfə baxılıb.

Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə
edib

BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində reallaşdırılan
layihələr dayanıqlı inkişafa nail olunmasında önəm kəsb edir.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin İnkişaf
Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən
Nuno Quiros ilə görüşüb.

Sahib Məmmədov ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun
ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd
edilib ki, BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün
Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair imzalanan Çərçivə Sənədinin icrası
ölkəmizdə aparılan islahatlara, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına,
habelə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in
reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsində əhəmiyyətli
rol oynayır. BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində
reallaşdırılan layihələr dayanıqlı inkişafa nail olunmasında önəm kəsb edir.

BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin
səlahiyyətlərini icra edən Nuno Quiros ölkəmizlə faydalı əməkdaşlığı
vurğulayıb, əlaqələrin inkişafı üçün qurumun səylərini əsirgəməyəcəyini diqqətə
çatdırıb.

Görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri barədə müzakirə
aparılıb.

Source link