Azərbaycan boksçuları beynəlxalq turnirdə üç medal qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirinə yekun
vurulub. Azərbaycan millisi 15 ölkənin iştirak etdiyi yarışı 1 gümüş və 2
bürünc medalla başa vurub.
Cixisyolu.com xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq)
finalda rusiyalı Nemət Səfərovla döyüşüb. Rəqib qələbə qazandığından boksçumuz
gümüş medala yiyələnib.
Ondan öncə Ruslan Rüstəmov (63,5 kq) və Kamran Şahsuvarlı (75 kq) “Qızıl
əlcəy”i 3-cü yerdə bitiriblər.
Yarışın ən yaxşı hakimi adına isə Anar Nağdıyev layiq görülüb. Beynəlxalq
dərəcəli referimiz “Qızıl əlcəy”in təşkilatçıları tərəfindən xüsusi kubokla
mükafatlandırılıb.