d068cd10-8bf4-45e1-a168-16fe4d6b46fe..jpg

Azərbaycan boksçuları Rusiyadakı beynəlxalq turnirdə altı medal qazanıblar

Baxış sayı: 650 dəfə baxılıb.

Azərbaycan boksçuları Rusiyadakı beynəlxalq turnirdə altı medal qazanıblar

Azərbaycan millisi Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın
boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq
turnirdə 6 medal qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komandanın heyətində
Zeynəb Rəhimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 54 kq çəkidə çıxış
edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək, qızıl medala
yiyələnib.

Yığmanın digər boksçularından Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq),
İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq)
bürünc mükafata sahib olublar.

Qeyd edək ki, komanda sentyabrın 26-da Bakıya qayıdacaq.

Source link