Azərbaycan boksçusu argentinalı rəqibini məğlub etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən
I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb. 63,5 kq çəkidə rinqə
çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya
Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.
Bu barədə Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, Əliyev rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı
ilə qalib gəlib.
Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş
martın 7-də olacaq.
Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq) və Zeynəb Rəhimova
(54 kq) da 1/16 finala yüksəlib.
Qeyd edək ki, yığmamız yarışa 9 boksçu ilə yollanıb.