Azərbaycan boksçusu Serbiyada finala yüksəldi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirində
yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın bir
idmançısı finala yüksəlib.
60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) yarımfinalda serbiyalı
Stefan Kamoviçi məğlub edib. O, 3:0 (28:27, 29:26, 29:26) hesabı ilə qələbə
qazanıb. Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.
Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcəy”i
bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya)
və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, üçüncü yeri tutublar.
Qeyd edək ki, yarışa 15 ölkə qatılıb.