43f9c1e1-526a-48cf-bd8b-0308ef9d3945..jpg

Azərbaycan boksçusu vyetnamlı rəqibini məğlub edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 735 dəfə baxılıb.

Azərbaycan boksçusu vyetnamlı rəqibini məğlub edib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində
keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə start verib.

Azərbaycan Boks Federasiyasından Cixisyolu.com-a verilən məlumata görə, 66 kq çəkidə
mübarizə aparan yığma üzvü 1/32 finalda Nqoc Mai Hoanqu (Vyetnam) yarışdan
kənarlaşdırıb.

Ş.Allahverdiyeva 1/16 finalda ilk mərhələdən azad olan Mariana Soto Torreslə
(İspaniya) qarşılaşacaq. Görüş martın 8-də baş tutacaq.

Azərbaycan boksçularından daha əvvəl Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57
kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq) və Zeynəb Rəhimova (54 kq)
da mərhələ adlayıblar.

Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.

11:30

Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən
I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb. 63,5 kq çəkidə rinqə
çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya
Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.

Bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Əliyev rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı
ilə qalib gəlib.

Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş
martın 7-də olacaq.

Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq) və Zeynəb Rəhimova
(54 kq) da 1/16 finala yüksəlib.

Qeyd edək ki, yığmamız yarışa 9 boksçu ilə yollanıb.

Source link