d773527f-c365-40a7-a30e-5bae6e54c7b3..jpg

Azərbaycan boksçusuna başı ilə zərbə endirən rəqib diskvalifikasiya olunub

Baxış sayı: 988 dəfə baxılıb.

Azərbaycan boksçusuna başı ilə zərbə endirən rəqib diskvalifikasiya olunub

Azərbaycanın daha 2 boksçusu Mərakeşdə “Qızıl kəmər seriyası” çərçivəsində
keçirilən turnirdə yarımfinala yüksəlib

Federasiyadan verilən məlumata görə, 51 kq çəki dərəcəsində çıxış edən Məsud
Yusifzadə Duqlas Trindade (Braziliya) ilə qarşılaşıb.

Rəqib ilk raundda başı ilə zərbə endirdiyindən diskvalifikasiya olunub.
Yusifzadə yarımfinalda Martin Molina (İspaniya) ilə üz-üzə gələcək.

57 kq-dakı Ümid Rüstəmov da rinqdən qalib ayrılıb. O, Jan Kaysedonu (Ekvador)
mübarizədən kənarlaşdırıb – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov
yarımfinalda italiyalı Françesko İozia ilə döyüşəcək.

Hər iki boksçu yarımfinala yüksəlməklə, özləri üçün bürünc medalı da təmin
ediblər. Bununla da bu mərhələdə mübarizə aparacaq milli üzvlərinin sayı 5-ə
çatıb.

Finala gedən yolda Nəbi İsgəndərov (67 kq) Abdulhakim Akramla (Seyşel
adaları), Sərxan Əliyev (71 kq) Stiv Kulenquluka (Konqo Demokratik
Respublikası) ilə və Alfonso Dominqes (86 kq) Endi Lesmeslə (İspaniya)
qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışın 6-cı günündə Sərxan Əliyev rinqə çıxacaq.

Source link