Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika
naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə Azərbaycanın əlavə
həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib.
Bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Səfir bildirib ki, görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisinə
nəqli və tranziti məsələləri diqqət mərkəzində olub:
“SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın
inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və
Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, – paylaşımda deyilir.
I express my sincere gratitude to the old friend, the Caretaker Minister of
Energy of Bulgaria@MEBulgaria
substantive and friendly meeting. Discussed the issues of supply to and transit
through#Bulgaria
#NaturalGas
#Azerbaijan
pic.twitter.com/c5brdAmHTl
— Huseyn Huseynov (@HJHuseyn) April 29, 2024