7ee0eb7c-a28c-4956-a638-9661b05e5389..jpg

Azərbaycan bu il Türkiyədən 695 milyon dollarlıq mal alıb

Baxış sayı: 576 dəfə baxılıb.

Azərbaycan bu il Türkiyədən 695 milyon dollarlıq mal alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 695 milyon ABŞ dolları
dəyərində mal idxal edib.

“Report” bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 5,3 % azdır. Türkiyənin Azərbaycana
ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 1,2 %
artaraq 71 milyard 790 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı
Almaniya (5,930 milyard ABŞ dolları; 5,5 % az), ABŞ (4,166 milyard ABŞ dolları;
8,1 % çox), İtaliya (3,902 milyard ABŞ dolları; 5 % çox) və İngiltərə (3,828
milyard ABŞ dolları; 5,5 % çox) həyata keçirib.

Təkcə aprel ayında isə Türkiyədən Azərbaycana 181,5 milyon ABŞ dollarlıq mal
ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 10,9 % çoxdur. Türkiyənin
Azərbaycana aylıq ixracı onun ümumi ixracının 1,1 %-i qədər olub.

Source link