79625ee8-2b00-4525-9643-54de3705ff51..jpg

Azərbaycan buğda idxalını artırıb

Baxış sayı: 798 dəfə baxılıb.

Azərbaycan buğda idxalını artırıb

Bu ilin altı ayında Azərbaycan 493 min 210 ton buğda idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu həcmdə buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları
təşkil edib.

Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92 min 462 (23%)
ton, dəyər baxımından isə 2 milyon 462 ton (1,8%) çoxdur.

Xatırladaq ki, bu, Azərbaycanın ümumi idxalının 1,78%-ni təşkil edib.

Bölgələrdə taxıl biçini davam edir. Artıq 658 339 hektar sahədə biçin başa
çatıb, sahələrdən 2 milyon 164 min 746 ton məhsul yığılıb. Taxıl üzrə orta
məhsuldarlıq 32,9 sentner təşkil edir.

Bu günədək 16 rayonda taxıl sahələrinin 90%-dən çoxunda biçin başa çatıb.

Respublika üzrə arpa sahələrinin 80%-də biçin yekunlaşıb, sahələrdən bir
milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6
sentner təşkil edir. Buğda sahələrinin isə 50%-də biçin aparılıb, 333 088
hektar biçilmiş sahədən 1 milyon 169 min 774 ton buğda yığılıb. Buğda üzrə orta
məhsuldarlıq 35,1 sentnerə çatıb.

Source link