414d91e6-3d19-485d-b17b-19369dc58d8f..jpg

Azərbaycan çempionatı: Sona bir tur qalmış üç şahmatçı eyni xala malikdir

Baxış sayı: 1. 040 dəfə baxılıb.

Azərbaycan çempionatı: Sona bir tur qalmış üç şahmatçı eyni xala malikdir

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında X turun görüşləri
keçirilib.

“Report”un məlumatına görə, hesabat turunda yeganə heç-heçə Ləman Hacıyeva və
Gülnar Məmmədova arasındakı dueldə qeydə alınıb.

Xanım Balacayeva Səbinə İbrahimovaya, Gövhər Beydullayeva Ayan
Allahverdiyevaya, Nərmin Abdinova Zeynəb Məmmədyarovaya, Xəyalə Abdulla isə
Nurtan Nuriyevaya qalib gəlib.

Hazırda 6,5 xala malik şahmatçılardan İbrahimova, Beydullayeva və Balacayeva
müvafiq olaraq ilk “3-lük”də qərarlaşıblar. 5,5 xalı olan Abdinova 4-cü, ondan
yarım xal az toplayan Allahverdiyeva 5-ci sıradadır.

Xəyalə Abdulla ilə Gülnar Məmmədova 4,5 xalla 6-7-ci yerləri bölüşdürür. 4 xal
toplayan Türkan Məmmədyarova 8-cidir. Hacıyeva 3,5 xalla 9-cu, Zeynəb
Məmmədyarova 2 xalla 10-cu, Nuriyeva isə 1,5 xalla 11-ci pillədədir.

Qeyd edək ki, sonuncu – XI tur fevralın 14-də keçiriləcək.

Source link