Azərbaycan çempionatında mövsümün ilk baş məşqçi istefası

Baxış sayı: 2. 175 dəfə baxılıb.

Azərbaycan çempionatında mövsümün ilk baş məşqçi istefası

Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” – “Keşlə” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov istefa verib.

Klub saytının məlumatına görə, rəhbərlik 39 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib.

Komanda onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub.

Qeyd edək ki, “Qəbələ” S.Qurbanovun rəhbərliyi altında Azərbaycan kubokunun 2018-2019-cu illər mövsümünün qalibi olub.