Azərbaycan çempionatında türk referi hakimlik edəcək

Baxış sayı: 2. 520 dəfə baxılıb.

Azərbaycan çempionatında türk referi hakimlik edəcək

Azərbaycan Premyer Liqasında əcnəbi hakim peyda olub. 

ÇıxışYolu.Com xəbər verir ki, söhbət türkiyəli ədalət təmsilçisi Mehmet Güngördən gedir.

O, Bakıda yaşayacağı bir il ərzində Azərbaycanda hakimlik edəcək. Lakin o əvvəlcə I divizionda nəyə qadir olduğunu göstərəcək. 

Qeyd edək ki, Mehmet Güngör indiyədək Türkiyə I divizionunda cəmi bir dəfə oyun idarə edib. Bu, 2016-cı ilin fevralında “Şanlıurfaspor”la “Samsunspor” arasında keçirilən qarşılaşma olub.

Bundan başqa, həmin il onun aşağı dəstədə “İhsaniyəspor” – “Gəbzə Kiraz Pınarspor” matçında meydan sahiblərinin xeyrinə çıxardığı şübhəli qərarlardan ötrü İntizam Komitəsi tərəfindən cəzalandırılıb və o, həvəskarlar liqasına göndərilib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com