Azərbaycan çempionatlarında son beş mövsümün ən məhsuldar heç-heçəsi qeydə
alınıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan çempionatlarında son beş mövsümün ən məhsuldar heç-heçəsi qeydə
alınıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, bu, II Liqanın XIV turunda baş verib.
“Lerik” və “Dinamo” komandaları arasında matçda 8 qol vurulub – 4:4.
Ölkə çempionatında daha məhsuldar bərabərlik sonuncu dəfə 2018/19 mövsümündə
gerçəkləşib. Həmin vaxt I divizionda 10 qolun vurulduğu matçda qalib
müəyyənləşməyib.
2019-cu il fevralın 15-də keçirilən qarşılaşmada “Səbail-2” və “Sumqayıt-2”
hərəyə beş qol vurub. Həmin görüşdən 1764 gün sonra yenə məhsuldar sülh qeydə
alınıb.