Azərbaycan cüdo millisi Avropa Kubokunda birinci yeri tutub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa
Kuboku yekunlaşıb.
Cixisyolu.com xəbər verir ki, Azərbaycan yığması turniri dörd qızıl, beş gümüş və
yeddi bürünc medalla başa vurub.
Bununla da milli komanda yarışda medal əyarına görə ümumi hesabda birinci,
qızlar və oğlanlar arasında isə ikinci yeri tutub.
Turnirin ilk günündə cüdoçularımız dörd qızıl, iki gümüş və altı bürünc medal
qazanıblar.
İkinci gündə isə oğlanlar arasında 81 kiloqram çəkidə Mehdi Abbasov və +90
kiloqramda Sübhan Axundov gümüş medal əldə edib. Qızlar arasında isə 57
kiloqramda Aytən Verdiyeva gümüş, Nilgün Rzayeva bürünc mükafatın sahibi olub.
Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.