Azərbaycan cüdo millisinin Qran-pri turnirinə qatılacaq heyəti müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin Qran-pri turnirinə qatılacaq
heyəti müəyyənləşib.
Cixisyolu.com-ın məlumatına görə, yanvarın 26-28-də Portuqaliyanın Odivelaş şəhərində
baş tutacaq yarışda altı idmançı mübarizə aparacaq.
Yığmanın heyətində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac
Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya
Toprak (hər ikisi 57 kq) yer alıblar.
Qeyd edək ki, Qran-pri turnirinin qalibi 700, ikincisi 490, üçüncü yeri tutan
isə 350 reytinq xalı qazanacaq.