de190f18-4356-461d-90c5-4937b74ec5c9..jpg

Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq – FOTO

Baxış sayı: 600 dəfə baxılıb.

Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq – FOTO

Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, gənc cüdoçular
Avropa çempionatına yola düşüblər.

Bildirilib ki, Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma
komandalarının 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatına
hazırlıqları başa çatıb.

Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9
oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və baş katib
Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplantılarını ziyarət edərək onların
hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər
arzulayıblar.

Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət milli yığma Avropa
çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda
iştirak edib. Həmçinin, cari il ərzində Xorvatiyada, İspaniyada, Litvada,
Fransada, Yaponiyada, Avstriyada, Almaniya, Polşada, Sloveniyada və dəfələrlə
yerli təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan
Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət
yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi
Vüqar Hüseynov rəhbərlik edəcək.

İdmançılar 7-9 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 10
sentyabrda isə komanda yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim
Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Çempionata qatılacaq heyəti təqdim edirik:

Qızlar

-48 kq.
Könül Əliyeva
Vüsalə Hacıyeva

-52 kq.
Aydan Vəliyeva

-57 kq.
Fidan Əlizadə

-78 kq.
Nərmin Əmirli

+78 kq.
Nigar Süleymanova

Oğlanlar

-60 kq.
Nizami İmranov

-66 kq.
Nicat Nağıyev
Aydın Rzayev

-73 kq.
Süleyman Əliyev
Vüsal Qələndərzadə

-81 kq.
Ömər Rəcəbli

-90 kq.
Vüqar Talıbov
İsmayıl Zamanov

+100 kq.
Kənan Nəsibov.

Source link