cc53b71f-c4da-4bc6-991d-224e6cc5db24..jpg

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışını dörd medalla başa vurdular – YENİLƏNİB

Baxış sayı: 663 dəfə baxılıb.

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışını dörd medalla başa
vurdular – YENİLƏNİB

Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa
çempionatını dörd medalla başa vurublar.

“Report” xəbər verir ki, yığma komanda yarışında bürünc medal uğrunda görüşdə
Fransa seçməsinə 2:4 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl fərdi mübarizədə Nizami İmranov (60 kq) qızıl, Aydın
Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) gümüş, Aydan Vəliyeva (52 kq) isə
bürünc medal qazanıblar.

15:58

Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa
çempionatının komanda yarışında bürünc medal uğrunda görüşə çıxacaq.

“Report”un məlumatına görə, rəqib Fransa seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl fərdi mübarizədə Nizami İmranov (60 kq) qızıl, Aydın
Rzayev (66 kq) və Vüqar Talıbov (90 kq) gümüş, Aydan Vəliyeva (52 kq) isə
bürünc medal qazanıb.

13:24

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında iştirak
edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 10 sentyabrda
Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatının
komanda yarışları start götürür.

Komanda yarışlarında 16 ölkə medallar uğrunda mübarizə aparır. Azərbaycan
yarışlarda 10 idmançı ilə təmsil olunur.

Azərbaycan cüdoçularının ilk rəqibləri Rumıniya yığması olacaq.

-60 kq. çəkidə -73 kq. çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -90 kq.
çəkidə Vüqar Talıbov və İsmayıl Zamanov, +90 kq. çəkidə Kənan Nəsibov, qızlarda
isə -57 kq. çəkidə Aydan Vəliyeva, -70 kq. çəkidə Fidan Əlizadə, +70 kq. çəkidə
Nigar Süleymanova və Nərmin Əmirli güclərini sınayacaq.

Source link