95050f18-eca6-4a62-84e5-47f49c112a52..jpg

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutublar – FOTO

Baxış sayı: 900 dəfə baxılıb.

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində komanda hesabında birinci yeri
tutublar – FOTO

Martın 11-12-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr
arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4
bürünc medal qazanıblar.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumatda qeyd olunur.

Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.

Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə ediblər.

Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq çəkidə Süleyman
Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal
qazanıb. – 81 kq çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi
Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb.
+90 kq çəkidə Ramazan Əhmədov turnirin gümüş medalçısı olub

-81 kq çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yerdə
tamamlayıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar
arasında 1-ci yeri tutub.

Source link