5183eddc-e8dc-4f17-9d7b-69fd11a01c67..jpg

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirinin ilk günündə 4 medal qazanıblar – FOTO

Baxış sayı: 580 dəfə baxılıb.

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirinin ilk günündə 4 medal qazanıblar
– FOTO

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin
ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, turnirin ilk günü 5
çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanların yarışında -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73
kq. çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb.
-60 kq. çəkidə Nizami İmranov və -66 kq. çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə
başa vurub.

Qızların yarışında -78 kq. çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78
kq. çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.

Source link