97778e19-27ce-49ce-83f5-2b22bc6eadde..jpg

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 3 qızıl medal qazanıblar

Baxış sayı: 2. 552 dəfə baxılıb.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 3 qızıl medal qazanıblar

Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun
ilk günündə Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə
ediblər.

Cixisyolu.com xəbər verir ki, 8 çəki dərəcəsində millinin 18 cüdoçusu tatamiyə çıxıb.

Qızlar arasında 48 kq çəkidə Vüsalə Hacıyeva və 52 kq-da Xədicə Qədəşova
bürünc medal qazanıblar.

Oğlanların yarışında 55 kq-da Azərbaycanın iki cüdoçusu Ayxan Mirzəzadə və
Fərid Qarayev finalda qarşılaşıblar. Nəticədə Fərid Qarayev komanda yoldaşını
məğlub edərək, birinci yeri tutub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçu
Mirxaliq İskəndərov bürünc medala sahib olub.

60 kq çəkidə Məhəmməd Musayev və 66 kq-da Əbil Yusubov bütün rəqiblərinə qalib
gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Source link