Azərbaycan cüdoçuları Belçikada dörd medal qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan cüdoçuları Vise şəhərində keçirilmiş Belçika Açıq turnirində 4
medal qazanıblar.
Bu barədə “Report”a yığmanın məşqçisi Rüstəm Alimli məlumat verib.
O, İslam Rəhimovun (66 kq) qızıl, Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73
kq) və Kənan Nəsibovun (+100 kq) bürünc mükafata sahib çıxdıqlarını bildirib.
Qeyd edək ki, millimiz yarışda 12 idmançı ilə təmsil olunub.