Azərbaycan cüdoçuları bu gün və sabah Türingiya Kubokunda iştirak edəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan cüdoçuları Almaniyada yeniyetmə və gənc qızlar arasında keçiriləcək
beynəlxalq Türingiya Kubokunda iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından Cixisyolu.com-a bildiriblər ki, ölkəmiz martın
23-24-də təşkil ediləcək yarışda altı çəki dərəsində 15 cüdoçu ilə təmsil
olunacaq.
Yığma üzvlərindən Xədicə Abdullayeva (40 kiloqram), Leyla Ələkbərov, Nərmin
Məmmədli (hər ikisi 44 kiloqram), Nuranə Hacızadə, Diana Eldarova, Könül
Eyvazlı, Nərmin Xəlilzadə (hamısı 48 kiloqram), Vüsalə Hacıyeva, Aysun
Məmmədova, Aliyə Rüstəmova, Səmayə Yusifli (hamısı 52 kiloqram), Aytən
Verdiyeva, Nilgül Rzayev (hər ikisi 57 kiloqram), Mələk Bayramlı, Fidan Cəlilli
(hər ikisi 63 kiloqram) tatamiyə çıxacaqlar.
Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov
rəhbərlik edəcək.