Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında dünya çempionatı sona çatıb.
İdman.biz xəbər verir ki, son gündə komanda yarışlarının qalibləri məlum
olublar.
Azərbaycan cüdoçuları mübarizəyə 1/8 finaldan qoşulublar. Yığmamız tatami
sahibləri ilə qarşılaşmada 4:2 hesabı ilə qələbə qazanıb. 1/4 finalda
komandamızın işi çətin olmayıb. Təmsilçilərimiz Türkmənistanı 4:0 hesabı ilə
məğlub ediblər.
Millimiz eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Fransa ilə gərgin
mübarizədə rəqib komanda 4:3 hesabı ilə üstün olub. Bürünc uğrunda görüşdə isə
cüdoçularımız Özbəkistan idmançıları ilə qarşılaşıblar. 2:4 hesabı ilə uduzan
komandamız dünya çempionatını medalsız başa vurub.
Qeyd edək ki, yığmamız şəxsi yarışlarda 3 medal qazanıb. Kənan Nəsibov (+100
kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) bürünc medal
qazanıb.