06c6e0f2-b218-4886-9581-4fc5c9e69fa8.jpg

Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar

Baxış sayı: 28 dəfə baxılıb.

Azərbaycan cüdoçuları Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında birinci yeri
tutub.

“Report” xəbər verir ki, idmançılarımız Bəhreyn Krallığının paytaxtı Manamada
keçirilən yarışı 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar
arasında birinci, qızlar arasında isə doqquzuncu yeri tutub.

Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl, 1 gümüş, 5 bürünc medal
qazanıb.

İkinci gündə tatami ustalarının qazancı 1 qızıl, 3 gümüş və 2 bürünc medal
olub.

Source link