c9d24e10-2603-4c83-ba07-6e2affc92769..jpg

Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə üç medal qazanıblar

Baxış sayı: 770 dəfə baxılıb.

Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə üç medal qazanıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.

Cixisyolu.com-ın məlumatına görə, ilk gündə Azərbaycan millisinin doqquz cüdoçusu
mübarizə aparıb.

Onlardan üçü mükafatçılar sırasına düşüb. Turan Bayramov (60 kq) yarımfinalda
məğlub olsa da, turniri bürünc medalla tamamlamağı bacarıb.

66 kq çəkidə isə Azərbaycanın iki üzvü fəxri kürsüyə çıxıb. Yaşar Nəcəfov (66
kq) finalda Beynəlxalq Cüdo Federasiyası bayrağı altında çıxış edən Yaqo
Abuladzeyə uduzaraq, gümüş medala yiyələnib. Kamran Süleymanov isə bürünc
mükafatçı olub.

Digər cüdoçular Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva,
Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər
ikisi 57 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan yığması Qran-priyə
16 cüdoçu ilə yollanıb.

Source link