5a99814f-bfba-4bd8-ad08-ada7f826460c..jpg

Azərbaycan cüdoçusu ardıcıl ikinci dəfə Avropa çempionu olub – YENİLƏNİB

Baxış sayı: 780 dəfə baxılıb.

Azərbaycan cüdoçusu ardıcıl ikinci dəfə Avropa çempionu olub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən
Avropa çempionatında qızıl medal qazanıb.

73 kq çəki dərəcəsində yer alan idmançı finalda İspaniya təmsilçisi Salvador
Kases Roka üz-üzə gəlib.

Rəqibinə qalib gələn Heydərov ardıcıl ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, cüdoçu 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medal
əldə edib.

19:42

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən
Avropa çempionatında finala vəsiqə qazanıb.

73 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Moldovadan olan Petru
Pelivana qalib gəlib.

Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı
ilə təmsil olunan Azərbaycanın beş cüdoçusu ötən gün medal qazana bilməyib.

Source link