Azərbaycan cüdoçusu Avropa çempionatında medal qazandı

Baxış sayı: 2. 004 dəfə baxılıb.

Azərbaycan cüdoçusu Avropa çempionatında medal qazandı

Azərbaycan cüdoçusu Nurlan Osmanov Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.  

ÇıxışYolu.Com xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıl olaraq İsrail, Türkiyə, Gürcüstan və İtaliya təmsilçilərinə qalib gələrək finala yüksəlib.  

O, qızıl medal uğrunda qarşılaşmada Rusiya idmançısı Murad Çobanova məğlub olub.  

Bu gün mübarizəyə qoşulan Elçin Hüseynov (-66 kq), Balabay Ağayev və Rəşad Yelkiyev (hər ikisi -60 kq) medal qazana bilməyib.  

Qeyd edək ki, Avropa çempionatına noyabrın 3-də yekun vurulacaq.