Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtı Əbu-Dabidə təşkil olunan “Böyük Dəbilqə” turnirinin sonuncu günündə
bürünc medal qazanıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Cüdo Federasiyasının Mətbuat Xidmətindən
məlumat verilib.
Bildirilib ki, idmançı üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Peter
Safraniyə qalib gəlib.
Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Acelya
Toprak (57 kq) isə bürünc medal əldə edib.