Azərbaycan cüdoçusu Okeaniya turnirində qızıl medal qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq
Okeaniya turnirində qızıl medal qazanıb.
Cixisyolu.com xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda
Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.
Rəqibinə “ippon”la qalib gələn Fətiyev yarışın qalibi olub.
Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.