532df925-7719-4f85-aa79-b6e9b41e0521..jpg

“Azərbaycan Dəmir Yolları”nın sədri Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub – FOTO

Baxış sayı: 909 dəfə baxılıb.

“Azərbaycan Dəmir Yolları”nın sədri Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət
Limanında olub – FOTO

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Rövşən
Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Hövsan Beynəlxalq Dəniz
Ticarət Limanında olub.

“Report” xəbər verir ki, Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanının
direktoru Rəşad Daşdəmirov qonaqlara limanın tarixi, imkanları və yük
dövriyyəsi haqqında məlumat verib.

Liman administrasiyasının binasında keçirilən görüşdə tərəflər əməkdaşlığın
genişləndirilməsi, yük axınlarının artırılması və mövcud problemlərin həlli
məsələlərini müzakirə edilib.

Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələrinə liman
ətrafında ekskursiya təşkil edilib.

Source link