f4587213-787b-40ef-8b01-d45f0db308bf..jpg

“Azərbaycan dili və ədəbiyyatı” Forumunun son günü başa çatıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 719 dəfə baxılıb.

“Azərbaycan dili və ədəbiyyatı” Forumunun son günü başa çatıb – YENİLƏNİB +
FOTO

Bakıda “Azərbaycan Dili və Ədəbiyyatı” Forumunun son günü başa çatıb.

Cixisyolu.com xəbər verir ki, forumda ölkənin tanınmış yazıçı və şairləri,
ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və ictimaiyyət nümayəndələri
iştirak edib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forum Heydər
Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil
Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə baş
tutub.

Qeyd edək ki, forumun açılışı Şamaxı şəhərində, digər iki günü isə Bakıda
“Gülüstan” sarayında keçirilib.

11:30

Bu gün “Azərbaycan dili və ədəbiyyatı” Forumunun üçüncü günü başlayıb.

Cixisyolu.com-ın məlumatına görə, forum Gülüstan sarayında keçirilir.

Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumun
təşkilatçısı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, dəstəkçisi isə Elm və
Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi
alimləri, filoloqları və ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, forumun açılışı Şamaxı şəhərində olub.

İlhamə Əbülfət

Source link