2d7ed19e-56d6-4aca-a394-f937268968ea..jpg

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub

Baxış sayı: 710 dəfə baxılıb.

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub.

APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün
təfərrüatları barədə jurnalistlərə açıqlamasında bildirib.

İranlı nazir qeyd edib ki, görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin
əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə
aparılıb:

“Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını
qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə apardıq.
Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi
ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.

Source link