43cee6c2-46ec-4b30-b09f-b937ca9d1306..jpg

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Baxış sayı: 744 dəfə baxılıb.

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Rza Təhmasibin 130
illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı
Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.

Bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.

Bildirilib ki, aşkar olunmuş fotosənəd 1945-ci ildə Bakı kinostudiyasında
lentə alınmış “Arşın mal alan” (rej. R.Təhmasib və N.Leşşenko) bədii filminə
aiddir. Azərbaycan Dövlət Film Fonduna orijinal şüşə neqativdə təhvil verilmiş
fotosənəd Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin şəxsi
arxivinə daxildir.

Bu günədək heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa
olunmuş şəkildə Dövlət Film Fondunun rəsmi saytı və sosial media hesabları
vasitəsilə ictimaiyyətə təqdim olunur.

Source link