2b5dcfa0-5fbd-41f5-96ae-928b57de4ad4..jpg

Azərbaycan dövlətlərarası axtarışda olan şəxsləri Rusiyaya təhvil verib

Baxış sayı: 732 dəfə baxılıb.

Azərbaycan dövlətlərarası axtarışda olan şəxsləri Rusiyaya təhvil verib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq
Rusiya Federasiyasının vətəndaşları Mustafa Nəriman oğlu Bayramov, Viktor
Yevqenyeviç Yelizarov və Mixail Vyaçeslavoviç Kozlovun cinayət məsuliyyətinə
cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun
vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan bildirilib ki, Mustafa Bayramov və Mixail Kozlovun Rusiya
Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (mütəşəkkil
dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluq), Viktor Yelizarovun isə
həmin Məcəllənin 135-ci maddəsinin 3-cü hissəsi (yetkinlik yaşına çatmamış
şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) ilə nəzərdə tutulmuş cinayət əməllərini
törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində həmin ölkənin
səlahiyyətli orqanları tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə
haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndikləri üçün
dövlətlərarası axtarışa veriliblər.

Qeyd olunan şəxslər Azərbaycan Respublikasına gələn zaman Heydər Əliyev adına
Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, axtarışda olduqları
üçün saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 28-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun
müşayiəti ilə həmin şəxslər Rusiya Federasiyasının səlahiyyətli orqanlarına
təhvil verilib.

Source link