Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

Baxış sayı: 1. 923 dəfə baxılıb.

Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, yığmamızın aktivinə mükafatı triatlonun akvatlon növündə mübarizə aparan Rostislav Pevtsov və Kseniya Levkovskayadan ibarət ukraynalı cütlük yazdırıb.

Onlar qarışıq cütlükdə finiş xəttinə ikinci çatmaqla bürünc medala yiyələnib. R.Pevtsov və K.Levkovskaya 1:03,55 saat nəticə ilə ispaniyalı idmançılardan geri qalıb. Bürünc medalları isə macarıstanlı cütlük əldə edib.  

Qeyd edək ki, bunadək akvatlonun fərdi mübarizəsində dünən Kseniya Levskovskaya gümüş və Rostislav Pevtsov bürünc medal qazanıb. Həmçinin, Pənah İlyaslı (-70 kq) çimərlik güləşində ikinci olub. Bununla da Azərbaycan üç gümüş və bir bürünc medal qazanıb.