Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi

Baxış sayı: 2. 413 dəfə baxılıb.

Azərbaycan Silahlı Qüvvələri “Dünyanın ən güclü ordusu” reytinqində 53-ci yerdə qərarlaşıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Global Firepower” təşkilatının elektron səhifəsində bildirilib.

Ötən reytinqlə müqayisədə Azərbaycan beş pillə irəliləyib.

Hesabatda qeyd olunur ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sistemi var.

Bildirilir ki, Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər.

Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 84-cü pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya.

“Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün “Global Firepower Index”in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.  

www.ÇıxışYolu.Com