Azərbaycan elektromobil idxalını iki dəfə artırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon ABŞ dolları dəyərində 19
571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,6%
çox və 5,9% azdır.
Üç ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün
nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 23,9% azalaraq 35 ədəd
(2,254 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə
tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı
isə 8,6% azalaraq 17 610 ədəd (315,79 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 3 615-i (117,985 milyon ABŞ dolları dəyərində) daxiliyanma
mühərriki ilə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat
vasitələri, 830-u (35,309 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik
mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 18,6%, ikincinin isə iki dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 33,1%
artaraq 1 821 ədəd (32,372 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı
motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,2% azalaraq 105 ədəd (10,607
milyon ABŞ dolları dəyərində) olub.